Zərdab şəhərində və rayonun kəndlərində həyətində gül əkilməyən ev tapmaq demək olar, çox çətindir. Gül əkmək və ona qulluq etmək zərdablı xanımların zövq işi – xobbisidir. Nəsillərdən nəsillərə ötürülən bu ənənə bugün də davam etdirilməkdədir. İndi sizə təqdim etdiyimiz fotolar da dediklərimizdə nə qədər haqlı olduğumuzu göstərir.
Beləliklə, Zerdab.com saytı Zərdab rayonunun Təzəkənd kəndində çəkilmiş foroları təqdim edir. Fotoları saytımıza oxucularımızdan biri göndərib. Təşəkkür edirik.
İnsan gözəllik gördükcə saflaşir qəlbi təmizlənir bura bir cənnətdir.
May ayında Şirvanın kəndləri doğrudan da cənnəti xatırladır.Zərdab rayonunun Təzəkənd kəndindən edilən bu fotosessiya həmin cənnətin bir hissəsidir.Xanımlarımızın öz əlləri ilə əkdiyi həyət gülləri -çəhrayı,məxməri,qırmızı,cır qızılgüllər insanın könlünə dinclik bəxş edir.Müxtəlif bəzək kollarının yaratdığı ümumi mənzərə sözlə təsvirə gəlməyəcək qədər gözəldir.Bu gözəllik həm də ona görə təsvirə gələ bilmir ki, bu füsünkarlığı məhz qadın əlləri yaratmışdır.Biz azərbaycanlılar anaların şəninə söylənmiş bu ifadədən-cənnət anaların ayağının altındadır-ifadəsindən daha çox istifadə edirik.Bu gözəlliyi seyr etdikdən sonra mən belə bir qənaətə də gəldim ki,analarımız-qadınlarımız Gözəl Peyğəmbərimizin təbiətə olan sevgisindən daha çox bəhrələniblər.Çox arzu edərdim ki,fotosessiyanı izləyənlər ən gözəl sözləri bu gözəlliyi ərsəyə gətirənlərə ünvanlasınlar.Əziz xanımlar,ömrünüz güllər qərər təravətli olsun!
Gözəllikdi busbutun. Bunları yetişdirən əllər var olsun
AY NICAT SALAM. sen teze kendi gormusennn?
oz kendimiz rayonumuzda en gozel kenddii
бизим кэнтдэн сонра
oz kendimizden daniwsaq daha yaxwi olar, menim babamin adi ile bagli olan HACI AGA KIWI MEWESINDEN INDI BIR AGAC DA QALMAYIB. BUNU ABSUJDAT ELEMEK LAZIMDI.
nə qəşəngdir nə gözəldir kəndimiz dörd bir yanı gül-cicəkdi kəndimiz öz el-obamizdan hec yerdə yoxdür allah həmişə belə avand etsin Nicat müəllim ömrünə güllər ətir salsin.
NICAD MUELLIM MENIM 13 ILLIK YOLDASIMDI.MEN ONU COX ISTEYIREM,BAXMAYARAQ KI,KUSEYENEM ONDAN KUSMEMISEM
ZERDABIMA QURBAN OLUM.MELIKLI CANIM MENIM!
КНТ
salam ay NICADD, SEVIMLI MUELLIMIN SEVIMLI OGLU))))
ALLAH ALLAH Doqquzuncu tablodakı qıza indi diqqət etdim.Bu balaca qız güllərdən də gözəlmiş.Maşallah,gül əkən valideyin gül biçər,İNŞALLAH!
salam/zerdabi cooox sevirem.indi kende getmeyin esl vaxtidi heyf dersler var
Kəndimizin gülləri…
Comments are closed.