Çörəkçinin səhvi…

1
71

çörəkciBir çörəkçi kərə yağını yaxınlığında yaşayan bir südçüdən alırdı. Bir gün çörəkçi südçüdən 3 kiloqram yağ aldı. Ancaq bu yağ ona çox yüngül gəldi . Və o gündən aldığı bütün kərə yağlarını çəkməyə baş ladı. Qəribə də ol sa, kərə yağları get-gedə “yüngülləşirdi”. Nəhayət, çörəkçi özündən çıxdı və südçünü məhkəməyə verdi. Artıq iş hakimin qarşısında idi. Hakim südçüdən:

– Sənin tərəzin var?-deyə soruşdu.

Südçü:

– Əlbəttə var,- deyə cavab verdi…

– Bəs çəkin?

– Çəkiyə ehtiyac yoxdur…

– Əgər çəkin yoxdursa, onda kərə yağlarını necə çəkirsən?

– Çox asan. O məndən kərə yağı aldığı kimi, mən də ondan çörək alıram. Tərəzinin bir tərəfinə bir kiloqramlıq çörəyi, o biri tərəfinə isə kərə yağını qoyuram. Və çəkirəm. Əgər çəkidə bir nöqsan varsa, bu mənim nöqsanım deyil, onun nöqsanıdır…

Və hakim südçüyə bəraət verdi .

 

Mənbə: “Ailəm” jurnalı

1 comment

Comments are closed.